• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

İŞİD: “Dünən Paris, bu gün Brüssel, sabah....” – ŞOK TƏHDİD - VİDEO

  • Dünya
  • 6 Aprel 2016 09:01
  • 1 157 Baxış
İŞİD: “Dünən Paris, bu gün Brüssel, sabah....” – ŞOK TƏHDİD - VİDEO

İŞİD terror təşkilatı dərc etdiyi videosunda Qərbi yeni hücumlarla təhdid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, London, Berlin və Romanı təhdid edən təşkilatın videonu nə vaxt çəkdiyi məlum deyil.

“Dünən Paris, bu gün Brüssel, sabah hansı şəhərin olacağını Allah bilir. Bəlkə London, bəlkə Berlin bəlkə də Roma olacaq”, - videoda ingilis dilində danışan İŞİD üzvü bildirib.

Əvvəlki terror hücumlarına aid görüntülərin yer aldığı videoda Londondakı parlament və Romadakı Kolizey binaları göstərilib.

Xatırladaq ki, 2015-ci il noyabrın 12-də Parisdə təşkil edilən terror hücumlarında 130, martın 22-də Bresseldə törədilən terror aktlarında isə 32 nəfər həyatını itirib. Hücumlara görə İŞİD məsuliyyəti üzərinə götürüb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR