İŞİD ABŞ ordusunu Sinaydan çıxarır
Bizi izləyin

Dünya

İŞİD ABŞ ordusunu Sinaydan çıxarır

ABŞ Misirin Sinay yarımadasının şimal hissəsində yerləşən bazadan qoşunların çıxarılması imkanına baxır.

Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı bildirib.

Məlumata görə, bu, İŞİD və digər terror təşkilatlarından gözlənilən mümkün təhlükə ilə bağlıdır. Telekanal bildirir ki, ABŞ qoşunlarını yarımadanın cənub hissəsinə köçürə bilər. Hazırda bu mövzu Misir və İsraillə müzakirə edilir.

Hərbi dairələrdəki mənbələrin telekanala verdiyi məlumata görə, Sinayın şimalında terror qruplaşmaların təhdidi artmaqda davam edir. Hazırda ABŞ-ın yarımadadakı hərbi missiyası təxminən 700 hərbi qulluqçudan ibarətdir.

Qeyd edək ki, İŞİD son üç il ərzində İraq və Suriyanın əhəmiyyətli hissəsini tuta bilib. Bundan başqa, terror qruplaşması öz təsirini Şimali Afrika ölkələrində yaymağa çalışır. Müxtəlif qiymətləndirmələrə görə, İŞİD təxminən 90 min kvadrat kilometrə əraziyə nəzarət edir. İŞİD döyüşçülərinin sayı haqqında məlumatlar 50 mindən 200 min döyüşçüyə qədər dəyişilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm