
Yaponiya Silahlı qüvvələrinin U-125 patrul axtarış-xilasetmə təyyarəsi ölkənin cənubunda yerləşən Kaqosima prefekturasının ərazisində radarlardan itib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyindəki mənbə təyyarədə altı nəfərin olduğunu bildirib.
Son məlumatlara əsasən, təyyarə ilə əlaqə yerli vaxtla 14:35-də itib. Axtarış-xilasetmə işləri başlayıb.