“Rusiya bizi satdı” – ermənilər Sarkisyanın istefasını tələb edir
Bizi izləyin

Dünya

“Rusiya bizi satdı” – ermənilər Sarkisyanın istefasını tələb edir

“Rusiya bizi satdı”, son günlər Ermənistan mediasının əsas manşeti bu sözlərlə başlayır.

Azərbaycan Ordusunun uğurlu əməliyyat planı nəticəsində düşmən tərəfi böyük itki verdi. Rəsmi məlumata görə, işğal altında olan iki kənd və bir neçə yüksəklik düşməndən təmizlənib. Hazırda Rusiyanın təşəbbüsü ilə münaqişənin həlli istiqamətində danışıqlar prosesi gedir.

İrəvanın “böyük qardaş” adlandırdığı Rusiyanın ona kömək edəcəyini, hətta Azərbaycana belə hərbi müdaxilə edəcəyini hesab edirdi. Amma bu baş vermədi və məğlub duruma düşən ermənilər indi bunun da ağrısını yaşayırlar.

Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan deyir ki, Kreml üçün Ermənistanın taleyi maraqlı deyil: “Onun öz maraqları var. Hazırda Rusiya Dağlıq Qarabağda status-kvonu dəyişməyə razıdır. Çünki ona neçə erməninin öldüyü, nə qədər ərazini itirdiyi maraqlı deyil. Onun Cənubi Qafqazda öz maraqları var”.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Kreml tərəfindən təyin olunmuş şəxslərdir: “Hakimiyyət Kremlin istənilən təşəbbüsünü reallaşdırmağa hazırdır. Hətta bu, Ermənistanı təhlükəyə aparsa da”.

Ermənistanda etiraz edənlər həmçinin, Sarkisyanın Avrasiya İqtisadi İttifaqına daxil olduğu zaman dediyi sözləri xatırlayır. Sarkisyan 2014-cü ildə bildirirdi ki, “Avrasiya İqtisadi İttifaqına daxil olmaq Ermənistanın təhlükəsizliyinin zəmanətidir”.

Ermənistanın “armenianreport” saytı yazır ki, rəsmi İrəvan Avrasiya İqtisadi İttifaqına daxil olarkən, təhlükəsizlik məsələsini əsas gətirib, buna haqq qazandırırdı: “Belə təbliğ olunurdu ki, Rusiya Ermənistanın təhlükəsizliyinin zəmanətidir. Lakin cəbhədə döyüşlər Rusiyanın Ermənistanı düşünmədiyini göstərdi. Əslində bütün itkilərimizə qanlı və amansız əməllərə adət etmiş prezident Serj Sarkisyanın cinayətkarlığı səbəb oldu”.

Sayt Kremlin Azərbaycan və Ermənistan prezidentlərinə münasibətini də müqayisə edib.

“Putin Kremldə İlham Əliyevlə nəzakətli və gülə-gülə danışır. Amma Sarkisyana əmr edirlər və o, etiraz etmək, əmrləri müzakirə etmək imkanına sahib deyil. Sarkisyan 18 nəfərin həlak olduğunu deyir. Amma biz bu qorxaq adamın doğru dediyinə necə inanan bilərik. Halbuki, “Associated Press” Ermənistanın itkilərinin 100-dən çox olduğunu yazıb”, - deyə erməni saytı yazır.

Erməni siyasi fəal Qalust Qriqoryan isə Ermənistan hakimiyyətinin iqtidardan getməsini tələb edib: “Biz faktiki olaraq məğlub olmuşuq. Bunun səbəbi Kreml və onun bizə təyin etdiyi ağalardır. İndiyə qədər bizə Rusiyanın təhlükəsizliyimizin zamini olması ilə bağlı nağıllar danışır, inandırmağa çalışırdılar. Görünür, biz təhlükəsizliyimizi Kremlin göstərişləri ilə oturub-duran cinayətkarlara tapşırmışıq”.

Siyasi fəal hökumətdən itkilərin sayının dəqiq açıqlanmasını tələb edib.

Asif Nərimanlı

PUBLİKA.AZ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm