ABŞ-ı gözləyən dəhşətli ssenari – 5 min hərbçi, 6 trilyon dollar...
Bizi izləyin

Dünya

ABŞ-ı gözləyən dəhşətli ssenari – 5 min hərbçi, 6 trilyon dollar...

“İraq hətta Mosulun İŞİD terror qruplaşmasından azad olunmasından sonra da normal həyata qayıtmamaq təhlükəsi qarşısındadır”.

Publika.az xəbər verir ki, bunu İraqdakı son vəziyyəti şərh edən “The Fiscal Times” nəşri yazıb.

Nəşr qeyd edir ki, İraqı yeni siyasi böhran hədələyir.

“Mosulun azad olması üçün döyüş təxminən iki həftə əvvəl başlanıb. Hücum əməliyyatlarında şiələrdən təşkil olunan 15 və 16-cı diviziyalar mühüm rol oynayır. ABŞ-ın havadan dəstəklədiyi əməliyyata həmçinin kürdlər və sünni döyüşçülər cəlb edilib. Əgər döyüşlər müvəffəqiyyətlə yekunlaşmasa, onda daxili cəbhədə problem açıq görünür: Bağdadda güclənən siyasi böhran”, - nəşr qeyd edir.

Materilada deyilir ki, minlərlə iraqlı aşağı keyfiyyətli sosial xidmətə qarşı etiraz edir: “2006-2014-cü illərdə 550 milyard dollardan çox neft satmasına baxmayaraq, ölkə müflislik həddindədir. Ölkədə indiyə qədər xalqı terrorçulardan qorumaq üçün ordu yoxdur, maaşlar və təqaüdlər çətinliklə ödənilir, bir çox yerlərdə təmiz su və elektrik yoxdur”.

Nəşr potensial siyasi böhranın üç ssenarisi verib. Birinci ssenariyyə görə, yeni hökumət parlament tərəfindən bəyənilməsə 1979-cu ildə İranda olduğu kimi islam inqilabı baş verə bilər.İraqın şiə lideri Muqtada əs-Sadr silahlı qüvvələrə böyük təsirə malikdir və bu amil İraqda mümkün islam inqilabı ehtimalını gücləndirir. Bu halda ABŞ-ın İraqdakı bütün nümayəndəlikləri bağlanacaq və evə beş mindən çox Amerika dövlət qulluqçusu qayıdacaq.

İkinci ssenari Yəmən tipli vətəndaş müharibəsidir. Bu halda Muqtada əs-Sadrın dəstələri ilə keçmiş baş nazir Nuri Əl-Malikini dəstəkləyən İraq ordusunun əsgərləri qarşılaşacaq. Əgər şiələr Bağdadda İraq ordusu ilə döyüşlərə başlayarsa, İŞİD nəinki Mosulda itirilmiş mövqeləri bərpa edəcəklər, həm də paytaxta hücuma başlaya biləcəklər.

Üçüncü ssenari qeyri-stabil status-kvodur. Bu halda, Haydar Əl-Abadi hökuməti parlament tərəfindən bəyəniləcək, amma İraqda vəziyyət uzunmüddətli perspektivdə dəyişməyəcək. Ölkənin təhlükəsizlik gücləri İŞİD-ə qarşı hücumları intensivləşdirəcəklər.

Bu ssenarilərdən ən ehtimal olunanı islam inqilabıdır. İslam inqilabı Muqtada əs-Sadr və Nuri Əl-Maliki arasında genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. Bu isə yalnız İŞİD-ə sərfəlidir. Nəşr bildirir ki, bölgədə Vaşinqton da çox itirəcək.

“Hadisələrin bu cür inkişafı İraqda həm hərbi, həm də mülki olaraq ABŞ-ın sonunu gətirə bilər. Bu, təxminən beş min əsgər və 6 trilyon dollar xərcləyən İraq kampaniyasında Vaşinqton üçün qəbuledilməzdir”, - “The Fiscal Times” yekunlaşdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm