ŞOK TƏKLİF: “Yəhudi körpələr ayrı otaqda olmalıdır”
Bizi izləyin

Dünya

ŞOK TƏKLİF: “Yəhudi körpələr ayrı otaqda olmalıdır”

Yəhudi millət vəkili Bazalel Smotriç müsəlmanlara qarşı irqçi bir təkliflə çıxış edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “İsrail bizim evimizdir” Partiyasından olan millət vəkilinin sözlərinə görə, xəstəxanada yəhudi körpələr fələstinli körpələrlə eyni otaqda olmamalıdır.

Həyat yoldaşının ərəb bir qadınla eyni xəstəxana otağında yatmaq istəmədiyini deyən Bazalel Smotriç onun buna haqqı olduğunu söyləyib.

“Həyat yoldaşımın iyirmi il sonra öz uşağını öldürmə ehtimalı olan bir körpənin anası ilə eyni otaqda yatmaq istəməməsi çox təbiidir”, - yəhudi millət vəkili yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm