Putin qazandı - Böhran başlayır
Bizi izləyin

Dünya

Putin qazandı - Böhran başlayır

Hollandiya əhalisinin əksəriyyəti Ukraynanın Avropa Birliyi ilə imzaladığı assosiativ sazişin təsdiqinə qarşı çıxıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, referendumda iştirak edən əhalinin 38,1 faizi razılaşmanın lehinə, 61,1 faizi əleyhinə səs verib.

Referendumun dəqiqləşdirilmiş son nəticələri 12 apreldə elan ediləcək. Referendum məsləhətçi xarakteri daşıyır. Beləliklə, daxili müzakirələr və prosedurların keçirilməsindən sonra sazişin təsdiqi haqqında qəti qərarı Hollandiya hökuməti qəbul edəcək.

Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Maryana Bets ümid etdiyini bildirib ki, hökumətin qərarı Ukrayna, Hollandiya və Avropanın maraqlarına cavab verəcək.

Ukrayna prezidenti Pyotr Poroşenko isə deyib ki, referendumun nəticələri Avropa Birliyi və Avropa dəyərlərinə qarşı yönəlib: “Referendum təşkilatçılarının əsl hədəfi Ukrayna və Avropa Birliyi arasında imzalanan assosiativ saziş deyil. Bu, Avropanın Birliyinə, Avropa dəyərlərinin yayılmasına hücumdur”.

Ukrayna prezidenti həmçinin bildirib ki, referendumun nəticələri Ukraynanın Avropaya inteqrasiyası yolunda maneə olmayacaq.

Qeyd edək ki, dünən Niderlandda assosiativ saziş haqqında məsləhətçi referendum keçirilib. Referendumun təşəbbüskarı “GeenPeil” qrupu olub.

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker referendumdan əvvəl bildirib ki, referendumun mənfi nəticəsi Rusiya üçün əlverişli olacaq və "kontinental böhran”a gətirib çıxara bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm