Putin “birbaşa xətt”ə çıxır – Tarix açıqlandı
Bizi izləyin

Dünya

Putin “birbaşa xətt”ə çıxır – Tarix açıqlandı

Rusiya prezidenti Vladimir Putin “Birbaşa xətt” xüsusi proqramı çərçivəsində aprelin 14-də ölkə vətəndaşları ilə ənənəvi illik dialoq keçirəcək.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətindən bildirilib.

Agentliyin məlumatına görə, “birbaşa xətt” “Birinci kanal”, “Rossiya 1”, “Rossiya 24”, "İctimai TV” telekanalları, “Mayak", “Vesti FM” və “Radio Rossiya” radiostansiyaları ilə birbaşa yayımlanacaq. Bundan əlavə, “birbaşa xətt”i bir neçə xarici dildə RT informasiya kanalı yayımlayacaq.

2015-ci il aprelin 16-da keçirilən “birbaşa xətt” 3 saat 58 dəqiqə davam edib. Bu müddət ərzində prezident 74 suala cavab verib. 2013-cü ildə isə “birbaşa xətt”də rekord əldə olunub. Prezident 4 saat 47 dəqiqə ərzində 85 sualı cavablandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm