
“ABŞ-da Nüvə Təhlükəsizliyi Sammiti beş qrupa bölünmüşdü və Rusiya onlardan yalnız birinə dəvət edilmişdi”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsinin təşkil etdiyi III Mediaforumda deyib.
Rusiya prezidenti Nüvə Təhlükəsizliyi Sammitini “ABŞ-ın ev tədbiri” adlandırıb.
Qeyd edək ki, Rusiya 31 mart-1 aprel tarixlərində Vaşinqtonda keçirilən sammitdə iştirakdan imtina edib.
Ömər Dağlı