Ermənilərdən növbəti etiraf: 36 ölü, 122 yaralı...
Bizi izləyin

Dünya

Ermənilərdən növbəti etiraf: 36 ölü, 122 yaralı...

Həftə ərzində 36 hərbçi ölüb, 122 nəfəri isə yaralanıb.

APA-nın verdiyi xəbərə görə, bunu işğalçı erməni ordusunun nümayəndəsi Vitali Arustamyan bildirib.

“Aprelin 1-dən 7-dək 9 nəfəri zabit və gizir, 27-si isə çavuş və sıravi olmaqla 36 hərbçi ölüb. Bundan başqa, 24-ü zabit olmaqla 122 nəfər yaralanıb”, - deyə o bildirib.

İşğalçı ordunun nümayəndəsi bildirib ki, ölənlərdən 4-nün meyiti bu gün döyüş meydanından tapılıb: “Onlar bu vaxtadək itkin düşmüş hesab edilib”.

Arustamyan əlavə edib ki, 21 erməni hərbçisi itkin düşmüş hesab edilir.

Qeyd edək ki, bu rəqəmlərin Qarabağ separatçılarına aidiyyəti yoxdur. Qarabağ separatçılarının Moskvadakı nümayəndəsi Arsen Məlik-Şahnazaryan 50 hərbçinin öldüyünü, 26 nəfərin itkin düşdüyünü, 101 yaralının olduğunu açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm