Dördüncü kamikadzenin görüntüləri yayıldı – VİDEO
Bizi izləyin

Dünya

Dördüncü kamikadzenin görüntüləri yayıldı – VİDEO

Belçika prokurorluğu Brüsseldə törədilən terror aktı ilə bağlı yeni videomaterial dərc edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, videoda Zaventem aeroportunda törədilən partlayışların təşkilində şübhəli bilinən şəxslərdən biri təsvir edilib.

Belçika hakimiyyəti güman edir ki, terror hücumları dörd kamikadze tərəfindən həyata keçirilib. Onlardan üçü partlayışlar zamanı həlak olub, biri isə hazırda axtarılır.

Prokurorların sözlərinə görə, şübhəli şəxs partlayışlardan sonra yerli vaxtla səhər saat 7:58-də Zaventem aeroportunun binasından çıxıb. Daha sonra o, “Sheraton” mehmanxanası və “Avis” avtomobil kirayəsi şirkətinin dayanacağının yanından keçib. Şübhəli şəxs aeroportun binasından çıxdıqdan sonra iki saat ərzində təxminən 10 kilometr piyada yol qət edib.

Qeyd edək ki, martın 22-də Brüsselin Zaventem aeroportunda iki partlayış törədilib. Növbəti partlayış Malbek metrostansiyasında olub. Terror aktları nəticəsində 32 nəfər həlak olub, təxminən 300 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm