Onu öldürmək istəyən muzdlu qatillər tutuldu – VİDEO
Bizi izləyin

Dünya

Onu öldürmək istəyən muzdlu qatillər tutuldu – VİDEO

Şimali Koreya lideri Kim Jonga sui-qəsd etməyə hazırlaşan iki muzdlu qatil tutulub.

Publika.az İngiltərənin “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Asia Press” nəşrinə Şimali Koreyadakı mənbə bildirib.

Muzdlu qatillərin Çin sərhədindəki Tumen çayının yaxınlığında tutulduğu bildirilir. Onlardan birinin Şimali Koreya, digərinin isə Çin vətəndaşı olduğu deyilir.

İddiaya görə, onlar Kim Jongu Şimali Hamgyong vilayətinin Hoeryong şəhərində öldürməyi planlaşdırırdı.

Amma “Asia Press”in rəhbəri mövzu ilə bağlı şərhində bildirib ki, iddia 7-ci qurultay öncəsi Şimali Koreya İşçi Partiyasına dəstək toplamaq üçün dövlət tərəfindən yayılan şayiədir. Qurultay may ayının əvvəlində keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm