Paytaxtda dar ağacı – VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

Paytaxtda dar ağacı – VİDEO/FOTOLAR

Kiyevdə Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirilib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları Ukrayna Təhlükəsizlik Xidmətinin Terrorçuluğa qarşı mərkəzin rəhbəri Vitali Malikovun işdən çıxarılmasını, regional prokurorluqlar və digər güc strukturlarının işdən çıxarılan əməkdaşların lyustrasiyasını tələb ediblər.

Digər tələb isə “siyasi təqibin qurbanları”nın həbsxanalardan azad edilməsidir. Onların fikrincə, həmin şəxslər siyasi təqiblərə məruz qalıblar.

Aksiyada yüzlərlə insan iştirak edib. Polislə aksiya iştirakçıları arasında toqquşmaların olduğu bildirilir. Binanın qarşısında yandırılan şinləri söndürmək üçün oraya yanğınsöndürənlər cəlb olunub.

Prezident Administrasiyasının qarşısına bir neçə yüz polis sədd çəkib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm