Minskdən ŞOK KRIM DÜSTURU – “Qalan əraziyə sahib dur!”
Bizi izləyin

Dünya

Minskdən ŞOK KRIM DÜSTURU – “Qalan əraziyə sahib dur!”

Minsk Krımın statusunun müəyyənləşdirilməsi üçün yeni düstur təklif edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin başçısı Vladimir Makey deyib.

“Belarus Krımın statusu məsələsində yarımadanın ətrafındakı faktiki vəziyyətə əsaslanır. Biz Krımın tanınması məsələsində de-fakto vəziyyətə əsaslanırıq. Heç kim bizdən Krımın müstəqilliyini tanımağı tələb etmir”, - nazir Moskvada mətbuat konfransında bildirib.

Diplomat vurğulayıb ki, hazırda Ukraynanın qalan hissəsinin ərazi bütövlüyünü saxlamaq əhəmiyyətlidir.

Xatırladaq ki, Krım Muxtar Respublikası və Sevastopolda 2014-cü ilin martında referendum keçirilib. Krım rəhbərliyinin açıqladığı məlumata görə, səsvermədə iştirak etmiş əhalinin böyük əksəriyyəti yarımadanın Ukraynadan ayrılmasına və Rusiyaya birləşməsinə tərəfdar olduğunu bildirib.

Kiyev referendumun nəticələrini tanımaqdan imtina edib. Moskva isə öz növbəsində bildirir ki, Krımın Rusiyaya birləşməsi beynəlxalq hüquqa uyğun olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm