Sifarişli qətllərin təşkilatçısı öldürüldü
Bizi izləyin

Dünya

Sifarişli qətllərin təşkilatçısı öldürüldü

Kiyevdə “Kiev Sport Club” idman klubunun 45 yaşlı direktoru Taras Zinovenko öldürülüb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, qatil qurbanına səkkiz dəfə atəş açıb.

Taras Zinovenkonun özünün də silah daşıdığı məlum olub. Onun çantasından Yuqoslaviya istehsalı 9 millimetr kalibrli “Srvena Zastava” tapançası tapılıb.

Hazırda hüquq-mühafizə orqanları qatilin axtarışlarını davam etdirirlər.

“Obozrevatel” nəşrinin yazdığına görə, “Tarik” ləqəbli Taras Zinovenko kriminal keçmişə malik olub və sifarişli qətllərin təşkilatçısı kimi tanınırdı. O, 1995-ci ildə kriminal avtoritet Oleq Dzyubının ailəsinin güllələməsində iştirak etdiyi üçün 14 il azadlıqdan məhrum edilib. Azadlığa çıxan Zinovenko paytaxtının fitnes mərkəzlərindən olan “Kiev Sport Club”un şəriki olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm