Rusiya belə çökdürüləcək – Türkiyənin iştirakı ilə plan işə salınır
Bizi izləyin

Dünya

Rusiya belə çökdürüləcək – Türkiyənin iştirakı ilə plan işə salınır

“İsrail qazı Avropa bazarının Rusiyadan asılılığını azalda bilər”.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə ABŞ-ın energetika naziri Ernest Moniz müsahibəsində bildirib.

Onun fikrincə, İsrailin qaz yataqlarının böyük ixracat potensialı var. Amerikalı nazirin sözlərinə görə, İsrail qazını Türkiyə üzərindən Avropaya çatdıra bilər.

“Bundan başqa, İsrail qazını Misir və İordaniya kimi ərəb qonşularına çatdıra bilər”, - ABŞ-ın energetika idarəsinin başçısı deyib.

“Bloomberg” agentliyi qeyd edir ki, Aralıq dənizindəki Tamar və Leviafan qaz yataqları böyük ehtiyatlara malikdir. Bu ehtiyatlar onilliklər ərzində həm ixrac, həm də daxili bazarın ehtiyaclarının təminatı üçün kifayət edir. Tamar yatağının ehtiyatları təxminən 305 milyard kubmetr təşkil edir, Leviafan yatağının ehtiyatları isə iki dəfə daha çoxdur.

Qeyd edək ki, Rusiya Avropa ölkələrinin qaz tələbatının üçdə birini təmin edir. Rusiyanın mavi yanacağının əhəmiyyətli hissəsi Ukrayna vasitəsilə ixrac edilir. Rusiya Avropaya qazın çatdırılmasını diversifikasiya etməyə və “Şimal axın-2” layihəsinin köməyi ilə 2019-cu ilə qədər Ukrayna vasitəsilə qazın tranzitini dayandırmağa çalışır. Amma 2016-cı ilin martında Avropa Birliyinin səkkiz ölkəsi (Çexiya, Estoniya, Macarıstan, Latviya, Polşa, Slovakiya, Rumıniya və Litva) Avropa Komissiyasının sədri Jan-Klod Yunkerə məktub yazaraq “Şimal axını-2” layihəsinə qarşı olduqlarını bildiriblər. Bu ölkələr hesab edir ki, layihə Mərkəzi və Şərqi Avropada energetika təhlükəsizliyi üçün risklər yarada bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm