Donbasda hərbi fiasko – 103 ölü, 98 ağır yaralı
Bizi izləyin

Dünya

Donbasda hərbi fiasko – 103 ölü, 98 ağır yaralı

Ukraynanın şərqində anti-terror əməliyyatları zonasında 2016-cı ilin əvvəlindən 103 Rusiya hərbi qulluqçusu həlak olub.

Publika.az “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin nümayəndəsi Vadim Skibiski deyib.

“İlin əvvəlindən Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal edilmiş ərazilərində Rusiya hərbçilərinin itkiləri Ukrayna hərbi kəşfiyyatı tərəfindən müəyyən edilib. Bizim məlumatlarımıza görə, 103 hərbçi həlak olub, 98-i ağır yaralanıb”, - o, bildirib.

O, həmçinin xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinin fərmanına əsasən Donbasda həlak olanlar barədə bütün informasiyalar məxfiləşdirilir. Vadim Skibiskinin sözlərinə görə, Rusiya komandanlığı itkiləri Rusiya ərazisində keçirilən təlimlərə “köçürür”.

Skibiskiyin bildirib ki, Donetskdə Rusiya hərbçilərinin döyüş itkilərinin gizlədilməsi və həlak olanların bədənlərinin saxlanılması üçün xüsusi obyektlər tikilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm