Rusiya SSRİ təcrübəsinə qayıdır - TƏKLİF
Bizi izləyin

Dünya

Rusiya SSRİ təcrübəsinə qayıdır - TƏKLİF

Rusiya Dövlət Dumasında SSRİ nümunəsi üzrə təbliğat mərkəzi yaradıla bilər.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, müvafiq təkliflə Dövlət Dumasının vitse-spikeri Aleksandr Roman çıxış edib.

Onun sözlərinə görə, təbliğat mərkəzi SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsində ideologiya üzrə cavabdeh olan strukturların analogiyası ola bilər. Vitse-spiker bu təklifi Dövlət Dumasında keçirilən dinləmələrdə səsləndirib.

“Bizim təbliğatçılıq institutlarımızı kardinal şəkildə gücləndirmək lazımdır. SSRİ-də 1970-ci illərdə qəbul edilmiş təcrübə müsbət nümunə idi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji bölməsi təbliğat sahəsində koordinasiya mərkəzi kimi çıxış edirdi. Belə strukturların yaradılması indi təbliğat işini strukturlaşdırmağa imkan verərdi”, - Aleksandr Roman deyib.

Qeyd edək ki, əhali arasında sovet ideologiyasının təbliğatına cavab verən bölmələr SSRİ-nin bütün hakimiyyət orqanlarının yanında fəaliyyət göstərirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm