
ABŞ Texas ştatında yerləşən “Lackland” hərbi təyyarə bazasında atışma olub.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb.
İlkin məlumatlara görə, naməlum şəxs bir nəfəri öldürüb, sonra isə özünə qəsd edib. Hazırda təyyarə bazasına giriş və çıxış bağlanıb.