Səudiyyə Ərəbistanı ilə Misir birləşir - ANLAŞMA
Bizi izləyin

Dünya

Səudiyyə Ərəbistanı ilə Misir birləşir - ANLAŞMA

Qırmızı dəniz üzərindən Səudiyyə Ərəbistanı ilə Misiri bir-birinə bağlayacaq körpü tikiləcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə razılıq Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudun Misirə səfəri zamanı əldə olunub.

Kral Salman Misir prezidenti Əbdül Fəttah əl-Sisi ilə görüşündə körpünün iki müttəfiq ölkə arasındakı ticarətin inkişafına kömək edəcəyini söyləyib. Misir prezidenti isə körpüyə Salman əl-Səudun adının veriləcəyini deyib.

Körpü təxminən 3-4 milyard dollara başa gələcək. Qırmızı dəniz üzərindən körpünün inşası dəfələrlə gündəmə gəlmiş, lakin məsələ müzakirələrdən o yana keçməmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm