“Bütün turizm mərkəzləri...” – TERROR XƏBƏRDARLIĞI
Bizi izləyin

Dünya

“Bütün turizm mərkəzləri...” – TERROR XƏBƏRDARLIĞI

İsrail hökumətinin Terrorla Mübarizə Bürosu Türkiyədə olan İsrail vətəndaşlarına terror xəbərdarlığı edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, büronun yazılı açıqlamasında İsrail vətəndaşlarından ən qısa müddətdə Türkiyəni tərk etmələri istənilib.

“Təhdid Türkiyənin bütün turizm mərkəzlərini əhatə edir. Türkiyədəki İsrail vətəndaşlarından turizm mərkəzlərindən uzaq dayanmalarını, yerli səlahiyyətlilərin xəbərdarlıqlarını diqqətə almalarını və ölkəni ən qısa müddətdə tərk etmələrini tövsiyə edirik”, - açıqlamada deyilir.

Açıqlamada təhdidin 2-ci səviyyə daşıdığı bildirilib.

Xatırladaq ki, İsrail Türkiyədəki vətəndaşlarına analoji xəbərdarlığı martın 29-da edib. Bundan bir gün sonra isə İsrail kəşfiyyatındakı mənbə “Sky News” telekanalına İŞİD-in Türkiyədəki yəhudi mərkəzlərinə hücum etməyə hazırlaşdığını bildirib. Hücum hazırlığı barədə informasiya isə Türkiyənin Qaziantep vilayətində saxlanılan 6 İŞİD üzvündən əldə edilmişdi.

Qeyd edək ki, ötən ayın 19-da İstanbulun ən turistik ərazilərindən biri olan İstiqlal caddəsində törədilən terror aktının hədəfi məhz 14 nəfərlik israilli turist qrupu olub. Hadisə nəticəsində üç israilli həyatını itirib, 11-i müxtəlif dərəcəli xəsarət alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm