Rusiya və İrandan birgə ƏMƏLİYYAT
Bizi izləyin

Dünya

Rusiya və İrandan birgə ƏMƏLİYYAT

İran və İraqın şiə döyüşçülərindən ibarət birlik Suriyada müxalifətin nəzarətində olan İdlip şəhərinə hücum hazırlığına başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, muzdlu milis qüvvələri İran və Rusiya tərəfindən qurulan birgə əməliyyat mərkəzindən idarə edilir.

Rusiya və Hizbullah döyüşçülərinin əsas məqsədi Suriyada türkmən və kürdlərin nəzarətində olan bölgənin ələ keçirilməsidir.

Xatırladaq ki, bu ilin fevral ayında Suriyada atəşkəs elan edilsə də, ancaq Bəşər Əsəd, Rusiya və İran qüvvələri tərəfindən hərbi əməliyyatlar hələ də davam edir. Təkcə ötən həftə ərzində 72 müxalif döyüşçü və 238 mülkü əhali Əsəd qüvvələri tərəfindən qətlə yetirilib. Hesabata görə, aprelin 1-7-si tarixlərində Bəşər Əsəd qüvvələri 113, İran qüvvələri 39, Hizbullah 23, “Mukaveme-i Suri” təşkilatı 8, PYD 28, Rusiya 1, İraq, Əfqanıstan və Pakistan şiə qüvvələri isə ümumilikdə 35 canlı qüvvə itkisi veriblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm