“Uşaqlarımızın ölüm səbəbi Azərbaycanın müasir silahlarıdır”
Bizi izləyin

Dünya

“Uşaqlarımızın ölüm səbəbi Azərbaycanın müasir silahlarıdır”

“Normal ölkədə baş naziri sözlərinə görə çoxdan istefaya göndərərdilər. Bunu prezident və ya parlamentin etməsi də əhəmiyyətli deyil. Bunu müşahidə etmək də cinayətdır. Sənin ölkənin baş naziri başqa dövlətin vəkili rolunda çıxış edir”.

Publika.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Ovik Abramyanın rusiyalı həmkarı Dmitri Medvedevlə İrəvanda keçirdiyi görüşün nəticəsinə görə verdiyi bəyanatı şərh edən “armenianreport.com” saytı yazıb.

Rusiyanın Azərbaycan silah satışına bəraət qazandıran Ovik Abramyan bildirib ki, əgər Rusiya Azərbaycana silah satmaqdan imtina etsəydi, onda Bakı başqa ölkələrin silahlarını əldə edərdi. Erməni saytı Abramyanın bu bəyanatını biabırçı adlandırıb.

“Abramyan Türkiyə və İsraili xatırlatdı. Bəli, Azərbaycan onlardan silahı alır. Məsələn, Azərbaycan ordusu “Mi-17” nəqliyyat-döyüş vertolyotları üçün İsrailin yarıaktiv lazer tuşlama sisteminə malik LAHAT tank əleyhinə raket kompleksini alıb. Azərbaycan helikopter variantında İsrail kompleksinin ilk məşhur xarici sifarişçisi oldu. İsrailin ünvanına bizim hökmdarlarımızın etirazları isə hələ eşidilmir. Hərçənd, bu cür etirazlar çoxdan, informasiyanın alındığı ilk gün səslənməli idi. Amma Ermənistan hakimiyyəti susqunluq nümayiş etdirir. Onlar sadəcə bizim uşaqlarımızın həlak olmasının əsas səbəblərinə, Azərbaycan ordusunun arsenalında olan müasir silahlara fikir verməməyə çalışırlar”, - yazıda qeyd olunub.

Sayt Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana silah satışı barədə son bəyanatı xatırlanıb: “Dmitri Roqozin artıq bildirib ki, Rusiya strateji partnyoru ilə bağladığı müqavilələrə uyğun olaraq Azərbaycana silah çatdırmaqda davam edəcək. Söhbət üç T-90S tank batalyonu, üç batalyon BMP-3 (təxminən 100 ədəd), həmçinin özüyeriyən artilleriya və reaktiv yaylım atəş sistemlərindən gedir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm