Lavrov Türkiyəyə gedir?
Bizi izləyin

Dünya

Lavrov Türkiyəyə gedir?

Yaxın vaxtlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri planlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlıq” qəzeti özünün rus mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin yaydığı məlumata görə, S.Lavrovun Türkiyəyə səfəri çərçivəsində keçiriləcək görüşlərdə iki ölkə arasında təhlükəsizlik və iqtisadi əməkdaşlığa dair danışıqlar aparılması gözlənilir.

Məsələ ilə bağlı qəzet Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) də mövqeyini öyrənib. Nazirlikdən bildirilib ki, hazırda belə bir səfərlə bağlı Türkiyə XİN-də hər hansı konkret məlumat yoxdur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm