• USD 1,7000 0,00% EUR 1,9967 -0,29%
    • GBP 2,2236 -1,47% RUB 0,0256 0,00%

ABŞ-dan terror xəbərdarlığı: “Bu şəhərlərə getməyin!”

  • Dünya
  • 10 Aprel 2016 09:09
  • 935 Baxış
ABŞ-dan terror xəbərdarlığı: “Bu şəhərlərə getməyin!”

ABŞ-ın Ankaradakı səfirliyi Türkiyədəki Amerika vətəndaşlarına terror xəbərdarlığı edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, xəbərdarlıq səfirliyin internet saytı və “Twitter” hesabında dərc olunub.

Xəbərdarlıqda Amerika vətəndaşlarından başda İstanbul və Antalya şəhərlərindəki meydan və limanlar olmaqla, turistik bölgələrə getməmələri istənilib.

Qeyd edək ki, bu gün İsrail hökumətinin Terrorla Mübarizə Bürosu da Türkiyədə olan İsrail vətəndaşlarına terror xəbərdarlığı edib. Büronun yazılı açıqlamasında İsrail vətəndaşlarından ən qısa müddətdə Türkiyəni tərk etmələri istənilib.

“Təhdid Türkiyənin bütün turizm mərkəzlərini əhatə edir. Türkiyədəki İsrail vətəndaşlarından turizm mərkəzlərindən uzaq dayanmalarını, yerli səlahiyyətlilərin xəbərdarlıqlarını diqqətə almalarını və ölkəni ən qısa müddətdə tərk etmələrini tövsiyə edirik”, - açıqlamada deyilir.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>