Məbəddə faciə
Bizi izləyin

Dünya

Məbəddə faciə

Hindistanın Kerala ştatındakı məbəddə güclü yanğın baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində 77 zəvvar ölüb, 200 nəfər yaralanıb.

İlkin məlumata görə, Kollam şəhərində yerləşən məbəddə baş verən yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.

Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.

Bildirilir ki, polis fişənglərin partlayış təhlükəsi barədə əvvəllər məbəd əməkdaşlarını çağıraraq ondan istifadəni qadağan edib. Görünür sonradan buna əhəmiyyət verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm