Əfqanıstanda güclü zəlzələ
Bizi izləyin

Dünya

Əfqanıstanda güclü zəlzələ

Bu gün saat 13:28 radələrində Tacikistan-Əfqanıstan sərhədində 6,2 maqnitudalı zəlzələ baş verib.

Publika.az APA-ya istinadən xəbər verir ki, bu barədə Tacikistan Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı Düşənbədən 300 km cənub-şərqdə, Əfqanıstan ərazisində yerləşir. Zəlzələ Özbəkistan, Pakistan və Hindistanda da hiss edilib. Dağıntı və tələfatlar barədə məlumat daxil olmayıb.

Bundan əvvəl Almaniyanın Yer Tədqiqatları Mərkəzi zəlzələnin gücünün 6,8 bal olduğunu açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm