ABŞ 26 il sonra Orta Şərqə bombardmançı göndərdi
Bizi izləyin

Dünya

ABŞ 26 il sonra Orta Şərqə bombardmançı göndərdi

ABŞ 26 ildən sonra ilk dəfə Orta Şərqə B-52 uzaq mənzilli strateji bombardmançı təyyarələr göndərib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinn Komandanlığı ən son 1991-ci ildə Körfəz savaşında istifadə edilmiş B-52 təyyarələrinin Qətərə göndərildiyini açıqlayıb.

Sayı açıqlanmayan təyyarələr Qətərin Əl Udeid hava limanına enib. ABŞ HƏRBİ Hava Qüvvələrinin Komandanlığından general Charles Q.Brown Jr bildirib ki, B-52-lər koalisiya qüvvələrinin gücünü artıracaq.

ABŞ-ın bu həmləsi Rusiyanın Suriyada İŞİD-i vurmaq üçün uzaq mənzilli Tu-22, Tu-95 ve Tu-160-ı təyyarələrindən istifadə etməsindən qısa müddət sonraya təsadüf edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm