İran Əsədi “qırmızı cizgisi” elan edib
Bizi izləyin

Dünya

İran Əsədi “qırmızı cizgisi” elan edib

İran ali dini lideri Ayətullah Əli Xamneyinin baş məsləhətçisi Əli Əkbər Vilayəti Suriya prezidenti Bəşər Əsədin səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalmasının vacib olduğunu bildirib.

Publika.az APA-ya istinadən xəbər verir ki, Vilayəti İran Dövlət Televiziyasında çıxışı zamanı B.Əsədin Suriyanın qanuni prezidenti olduğunu deyib. Vilayəti bildirib ki, onun istefası ilə hər hansı bir şərtin ortaya qoyulması İran üçün “qırmızı cizgi”dir.

Vilayəti B.Əsədin 2021-ci ilə qədər Suriyanın prezidenti postunda qalmalı olduğunu vurğulayıb: “Bəşər Əsədi dəstəkləməyə davam edəcəyik. Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmamasının ABŞ-a nə dəxli var?”.

Vilayəti İran və Rusiyanın dəstəyinin Suriyada qüvvələr nisbətini B. Əsədin xeyrinə dəyişdiyini də qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm