Avropa polisi miqrantlara divan tutdu - FOTO
Bizi izləyin

Dünya

Avropa polisi miqrantlara divan tutdu - FOTO

Yunanstandan Makedoniyaya keçmək istəyən miqrantlarla yerli polis arasında qarşıdurma yaranıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, Makedoniya polisi miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Məlumata görə, sərhədin açılması xəbərini eşidən 500-ə yaxın miqrant Makedoniyaya keçməyə cəhd edib. Lakin polis bu xəbərlərin şayiə olduğunu deyərək onların qarşısını kəsib. Buna baxmayaraq 100-dən çox miqrant hasardan aşmağa cəhd edib.

Balkan ölkələri fevralda sərhədləri bağladıqdan sonra Yunanıstanın İdomeni qəsəbəsi ətrafındakı düşərgəyə 11 mindən çox miqrant toplaşıb.

Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan miqrantlar, Türkiyə, Yunanıstan və Balkan ölkələri vasitəsilə Avropa Birliyi ölkələrinə keçməyə can atırlar.

Hazırda təkcə Türkiyədə 3 milyona yaxın Suriya qaçqını var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm