David Kameron gəlirlərini açıqladı
Bizi izləyin

Dünya

David Kameron gəlirlərini açıqladı

Böyük Britaniyanın baş naziri David Kameron 2009-2015-ci illərdə gəlirlərini açıqlayıb.

Bu barədə “Guardian” qəzeti məlumat yayıb. Sənədlərə görə baş nazirin 2014-2015-ci illərdə gəliri 200 min funt sterlinqdən çox olub. Qəzetin yazdığına görə, baş nazirin açıqlamasından bəlli olur ki, 2011-ci ildə anası onun hesabına 2 dəfə hərəsi 100 min funt sterlinq olmaqla pul köçürüb.

Nəşr hesab edir ki, bu 2010-cu ildə atasının vəfatından sonra ona çatan vəsaitdən vergi ödəməmək üçün edilə bilər. Qəzet yazır ki, baş nazir atasından ümumilikdə 300 min funt sterlinq alıb, ölkə qanunlarına görə isə qalmış miras 325 mini ötməyəndə ondan vergi tutulmur.

David Kameron “Panama sənədləri” adlı araşdırmadan sonra-aprelin 7-də ofşor şirkətdə atasından qalma payı olduğunu və baş nazir seçilməzdən əvvəl həyat yoldaşı ilə birlikdə paylarını satdığını deyib.

Bu məsələ böyük qalmaqala səbəb olub, şənbə günü baş nazirin istefası tələbi ilə aksiya keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm