Obamadan tarixi ETİRAF: “Liviyaya...”
Bizi izləyin

Dünya

Obamadan tarixi ETİRAF: “Liviyaya...”

ABŞ prezidenti Barak Obama dövlət başçısı olduğu müddətdə buraxdığı ən böyük səhvini açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Barak Obama prezidentliyi dövründə ən böyük səhvinin Liviya ilə bağlı olduğunu bəyan edib. Onun sözlərinə görə, ABŞ 2011-ci ilə Müəmmar Qəddafinin devrilməsindən sonra Liviyada heç plan həyata keçirməyib.

Daha sonra Barak Obama ABŞ-ın “Fox” telekanalına müsahibəsində bildirib: “Prezidentliyim dövründə ən böyük səhvim Liviyada Müəmmar Qəddafi devriləndən dərhal sonra bu ölkədə müvafiq planlı addımın atılmaması olub. Əslində isə Qəddafi devrilən kimi Liviyada yeni iqtidarın fəaliyyəti üçün lazımı addım atılmalı idi. Bütün bunlar isə bizim planlarımızla olmalı idi. Çox təəssüf ki, mən bu planı həyata keçirə bilmədim. Biz Liviyada Qəddafi devriləndən sonrakı vaxtlar üçün daha yaxşı addımlar ata bilərdik. Əgər bu addımlar atıla bilsəydi, indi Liviyada normal vəziyyət yaranardı, xaos davam etməzdi. Ancaq 2011-ci ildə biz Liviyaya çox hazırlıqsız müdaxilə etdik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm