• USD 1,7000 0,00% EUR 1,9967 -0,29%
    • GBP 2,2236 -1,47% RUB 0,0256 0,00%

İŞİD qorxunc döyüş təyyarələri ilə vurulacaq

  • Dünya
  • 11 Aprel 2016 10:22
  • 938 Baxış
İŞİD qorxunc döyüş təyyarələri ilə vurulacaq

İŞİD terror təşkilatına qarşı mübarizə aparan NATO koalisiya qüvvələri dünyanın ən qorxulu döyüş təyyarələrindən biri olan “B-2 Spirit” qırıcılarından istifadə edəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın Hərbi Hava Qüvvələrinin generalı Çarlis Broun bəyan edib.

Amerikalı general deyib ki, bundan sonra İŞİD-ə qarşı hərbi əməliyyatlar daha da gücləndiriləcək. Onun sözlərinə görə, İŞİD-ə qarşı hərbi əməliyyatlara “B-2 Spirit” döyüş təyyarələri də cəlb olunacaq.

Ancaq Çarlis Broun İŞİD-ə qarşı əməliyyatlara cəlb olunacaq sözügedən döyüş təyyarələrinin sayını açıqlamayıb: “Artıq “B-2 Spirit” döyüş təyyarələri Qətərin El Udeid hərbi hava bazasına çatıb. Bu təyyarələr olduqca vahiməli döyüş qabiliyyətinə malikdir. ABŞ ordusu “B-2 Spirit” döyüş təyyarələrindən ən son 1991 və 2003-cü illərdə körfəz müharibəsi və “səhrada tufan” əməliyyatları zamanı İraqın devrilən lideri Səddam Hüseynin qoşunlarına qarşı istifadə olunub”.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>