İŞİD Türkiyə sərhədində – FOTOLAR
Bizi izləyin

Dünya

İŞİD Türkiyə sərhədində – FOTOLAR

İŞİD terror təşkilatı Suriyanın Türkiyə ilə sərhədində yerləşən “El Ray” qəsəbəsini ələ keçirib.

Publika.az “Reuters”-ə istinadən xəbər verir ki, terrorçuları qəsəbəni Suriya müxalifətinin nəzarətindən çıxarıblar.

Agentliyin yaydığı məlumata görə, İŞİD terrorçuları ilə qəsəbə sakinləri olan müxalifət arasında şiddətli döyüşlər gedib. Döyüşlərin nəticəsində isə İŞİD “El Ray” qəsəbəsini təkrar ələ keçirib. Bundan əlavə, terror təşkilatı sözügedən qəsəbə ətrafında yerləşən “Şeyh Reh” və “el-Bal” kəndlərini də öz nəzarətinə götürüb.

Döyüşlər zamanı xeyli sayda mülkü əhalinin həlak olduğu və kəndlərin dağıdıldığı deyilir.

Suriya İnsan Haqları Mərkəzinin yaydığı hesabata görə, İŞİD-in “El Ray” qəsəbəsində reallaşdırdığı hücumlar son bir ilin ən dəhşətli vəhşiliyidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm