OPEK “ölür” – Era sona yaxınlaşıb
Bizi izləyin

Dünya

OPEK “ölür” – Era sona yaxınlaşıb

“OPEK-in iqtisadi gücü sındırılıb. Kartel dünya bazarında daha vahid güc kimi çıxış etmir”.

Publika.az xəbər verir ki, bu barədə “The Financial Times” nəşrinə müsahibəsində IHS şirkətinin vitse-prezidenti, enerji məsələləri üzrə ekspert Daniel Yergin deyib.

“Dünya iqtisadiyyatının həlledici gücü kimi OPEK-in erası sona yaxınlaşıb. Faktiki olaraq təşkilat parçalanıb”, - o, deyib.

Ekspert həmçinin inanmır ki, neft ölkələri hasilatı dondurmaq üçün razılaşa biləcəklər. Onun sözlərinə görə, bu məsələdə İranın mövqeyi əhəmiyyətlidir.

Eyni zamanda Daniel Yerqin neft qiymətlərinin artacağını gözləyir.

Aprelin 1-də Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salman bildirib ki, krallıq “neft əsrinin alaqaranlıqları”na hazırlaşır. O, bildirib ki, Ər-Riyad həcmi iki trilyon dollarlıq fond yaratmağı planlaşdırır. Fonddan ölkənin neft asılılığından xilas edilməsi üçün istifadə olunacaq. Bundan başqa, onun sözlərinə görə, Səudiyyə Ərəbistanı yalnız o halda neft hasilatını dondurmağa hazırdır ki, analoji addımı İran da atsın.

Qeyd edək ki, aprelin 17-də Qətərin paytaxtı Dohada ən böyük neft istehsalçılarının görüşü olacaq. Görüşdə hasilatın dondurulması məsələsi müzakirə ediləcək. Səudiyyə Ərəbistanı, Qətər, Rusiya və Venesuela neft hasilatını yanvar ayının səviyyəsində dondurmağa razılaşıb. İclasa Azərbaycan da dəvət edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm