Avropa çempionatında stadionlar partladılmalı idi – İŞİD-in ŞOK PLANI
Bizi izləyin

Dünya

Avropa çempionatında stadionlar partladılmalı idi – İŞİD-in ŞOK PLANI

Belçikanın paytaxtı Brüsseldə terror aktları təşkil edən terrorçuların ikinci hədəfi futbol üzrə Avropa çempionatının matçları olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə terror aktlarında iştirakda şübhəli bilinən Məhəmməd Abrini bildirib.

Məhəmməd Abrini istintaq tədbirləri zamanı etiraf edib ki, 2016-cı ilin yayında Parisdə keçiriləcək Avropanın çempionatının matçları terrorçuların hücumlarının ikinci hədəfi olub. İstintaq hazırda onun ifadələrinin doğru olub-olmadığını yoxlayır.

Qeyd edək ki, Brüsseldə martın 22-də üç kamikadze tərəfindən təşkil edilmiş terror aktları nəticəsində 35 nəfər həlak olub, daha 340-ı müxtəlif dərəcəli xəsarət alıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm