PKK tayfa liderini vurdu - VİDEO
Bizi izləyin

Dünya

PKK tayfa liderini vurdu - VİDEO

PKK terror təşkilatı Türkiyənin Şırnak vilayətinin Beytüşşebap mahalında Jirki tayfasının lideri Tahir Adıyamana silahlı hücum edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, tayfa lideri hücumda yaralanıb.

Məlumata görə, PKK döyüşçüləri ilə Tahir Adıyamanın tərəfdarları arasında atışma olub. Qısamüddətli atışmadan sonra bölgəyə təhlükəsizlik gücləri cəlb edilib.

Tahir Adıyaman Şırnak Dövlət Xəstəxanasına aparılıb. Onun 30 ilə yaxındır PKK-ya qarşı döyüşdüyü bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm