Rusiyanın ilk kamikadzelərinin kimliyi açıqlandı
Bizi izləyin

Dünya

Rusiyanın ilk kamikadzelərinin kimliyi açıqlandı

Rusiyanın Stavropol diyarında Daxili İşlər Nazirliyinin Novoselitski rayon bölməsinin binasına hücum edənlərin şəxsiyyəti müəyyənləşdirilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin saytında bildirilir.

Özlərini polis binasında partladanlar Kitayevski rayonunun sakinləri Zaur Akayev (1983), Ramazan Xaybulayev (1991) və İsay Əbdülətipovdur (1996).

Qeyd edək ki, səhər saatlarında polis bölməsinə hücum edən kamikadzelər özlərini partladıb. Hücumun gedişatında binada beş partlayış olub. Binada olanlardan heç kim zərər çəkməyib. Lakin bina və ətrafdakı avtomobillər zərər dəyib.

Məlumata görə, kamikadzelərin özünü partlatması hadisəsi Rusiyada ilk dəfədir qeydə alınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm