Ermənistan İsrail silahlarından imtina etdi
Bizi izləyin

Dünya

Ermənistan İsrail silahlarından imtina etdi

Ermənistan İsraildən silah almaqdan imtina edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan bildirib.

“İsrail Azərbaycana satdığı silahların eynisini bizə təklif edib. Biz bundan imtina etdik, çünki onlara ehtiyac görmürük”, - Tonoyan bildirib.

Qeyd edək ki, Ermənistan Azərbaycana silah satışını dayandırması üçün İsrailə etiraz notası verib. İsrailin yerli "Haaretz" xəbər portalının məlumatına görə, notanı Ermənistanın Misir və İsraildəki səfiri Armen Melkonyan təqdim edib.

Xəbər portalının səfirlikdəki yüksək vəzifəli mənbədən aldığı məlumata görə, sənəddə xüsusilə Azərbaycan tərəfinin İsrailin IAI şirkətinə məxsus "Harop" pilotsuz uçan aparatından istifadə etməsi qeyd olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm