• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Putinin gizli döyüş dəstələri: Onlar istənilən ölkənin... – ŞOK İDDİA

  • Dünya
  • 11 Aprel 2016 21:36
  • 2 619 Baxış
Putinin gizli döyüş dəstələri: Onlar istənilən ölkənin... – ŞOK İDDİA

Rusiyanın xüsusi xidmət orqanları bütün dünyada təkbətək döyüş məktəbləri şəbəkəsinin əsasını qoyub.

Publika.az xəbər verir ki, bu haqda Almaniyanın “Bild” nəşrində məqalə dərc olunub. Nəşrin yazdığına görə, döyüş məktəbləri şəbəkəsində “Sistem” əlbəyaxa döyüşünün texnikasını öyrədirlər. Bunun üçün arxasında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşları və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları dayanır.

Nəşr qeyd edir ki, yaxşı maskalanmış və elit xüsusi bölmələrinin döyüşçüləri - sabotajçılar, təhrikçilər və terrorçular istənilən ölkənin dəhşətli yuxusudur.

“Kremlin rəhbəri Vladimir Putin artıq Almaniya və başqa Qərb ölkələrində gizli döyüş dəstələrini yerləşdirib”, - alman jurnalistlər bildiriblər.

Nəşr materialda şəxsi mənbələrə, Rusiya haqqında kitablara, alman jurnalisti Boris Raytşusterin Putininin həyatı haqqında araşdırmalara və Qərbi Avropa kəşfiyyat xidməti tərəfindən toplanmış “Putinin gizli müharibəsi” adlı dosyeyə istinad edib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR