Bjezinski: “Kiyev NATO-nun qalib gəlməsinə kömək edə bilər”
Bizi izləyin

Dünya

Bjezinski: “Kiyev NATO-nun qalib gəlməsinə kömək edə bilər”

“Ukrayna Mərkəzi Avropada NATO-nun genişlənməsinə qoşulmaq arzusunu Şimali Atlantika İttifaqına bildirməlidir. Çünki, bu təşkilata üzvlüyə nail olmaq üçün yaxşı şansdır”.

Publika.az xəbər verir ki, bunu Amerika prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi, Atlantika Şurasının böyük elmi işçisi Zbiqnev Bjezinski “Atlantic Council” üçün yazdığı məqaləsində bildirib.

O, qeyd edib ki, Ukrayna özünün qabaqcıla döyüş dəstəsini NATO-ya üzv dövlətlərin müdafiəsi üçün təklif etməklə ittifaqın təhlükəsizliyi və onun dəyərlərinə sədaqətini nümayiş etdirərdi. Bundan başqa, ekspertin sözlərinə görə, bu Ukrayna döyüşçüləri üçün yaxşı təcrübə olacaq.

Eyni zamanda Zbiqnev Bjezinski hesab edir ki, döyüşlərdə sınaqdan çıxarılmış Ukrayna hərbçiləri ittifaqa lazım olardı: “Bu yalnız avadanlıq və təchizata aid deyil. Son iki il Ukrayna ordusu Rusiya ilə intensiv döyüşlər aparıb. Qərb ölkələrindən heç biri artilleriya, tanklar və Rusiyanın digər gücləri ilə qarşıdurma mövzusunda lovğalana bilməz. Son iki ildə Ukrayna əsgərləri bunu ediblər”, - ekspert qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm