“Təslim olun, sizə yaxşı yemək verəcəyik!” – ŞOK TƏKLİF
Bizi izləyin

Dünya

“Təslim olun, sizə yaxşı yemək verəcəyik!” – ŞOK TƏKLİF

Ukraynanın şərqindəki “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı rejimin rəhbəri Aleksandr Zaxarçenko Ukrayna hərbi qulluqçularını təslim olmağa çağırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, o, çağırışı bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Mən Ukrayna hərbçilərinə müraciət edirəm. Təslim olun, bizdə yaxşı yedirirlər. Narahat olmayın, tezliklə evdə olacaqsınız”, - Zaxarçenko deyib.

Onun sözlərinə görə, “DXR”də əsir düşən Ukrayna əsgərləri ilə yaxşı davranırlar: “Əgər istəsəniz, bizdə xidmət edə bilərsiniz”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm