Elekrtik cərəyanı 11 nəfəri öldürdü: 20 yaralı
Bizi izləyin

Dünya

Elekrtik cərəyanı 11 nəfəri öldürdü: 20 yaralı

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında yüksəkgərginlikli elektrik xəttinin yerə düşməsi çoxsaylı insan itkisi ilə nəticələnib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ən azı 11 nəfər həlak olub, 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə iki yerli sakinin qətli ilə bağlı keçirilən etiraz aksiyası zamanı baş verib. Aksiya iştirakçıları polis bölməsinə hücum edərək şübhəlilərin onlara verilməsini tələb ediblər. Polis isə camaatı sakitləşdirmək üçün havaya xəbərdarlıq atəşi açıb. GülləLrdən biri isə elektrik məftili kəsib. Nəticədə məftil aksiya iştirakçılarının üstünə düşüb.

Doqquz nəfər hadisə yerində, biri xəstəxanaya aparılarkən, digəri isə hospitalda ölüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm