Kamikadze hücumu - 12 ölü, onlarla yaralı
Bizi izləyin

Dünya

Kamikadze hücumu - 12 ölü, onlarla yaralı

Əfqanıstanın paytaxtı Kabilin 180 kilometr şərqində yerləşən Nanqarhar vilayətində partlayış törədilib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, kamikadze hücumunda ilkin məlumatlara görə, 12 nəfər həyatını itirib.

Onlarla yaralının olduğu bildirilir. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım qrupları və təhlükəsizlik gücləri cəlb edilib.

Ölü sayının arta biləcəyi deyilir.

Qeyd edək ki, Nanqarhar vilayəti İŞİD və Taliban təşkilatlarına bağlı qrupların aktiv fəaliyyət göstərdiyi ərazidir. Əfqanıstan ordusunun daha əvvəl təşkil etdiyi əməliyyatlarda onlarla İŞİD və Taliban döyüşçüsü öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm