Rusiya Savçenkonu Ukraynaya vermək istmir
Bizi izləyin

Dünya

Rusiya Savçenkonu Ukraynaya vermək istmir

Vəkil Mark Feygin ukraynalı pilot Nadia Savçenkonun dəyişdirilməsi ilə bağlı razılıq əldə olunması barədə KİV-də yayılan məlumatları təkzib edib.

O, AzadlıqRadiosuna müsahibəsində həqiqətən də bununla bağlı danışıqlar aparıldığını, amma Savçenkonun yaxın günlərdə vətəninə verilməsinin mümkün olmadığını deyib. "Problem beynəlxalq aləm və Kiyevdə yox, Kremldədir. Bu məsələ yalnız siyasi yolla həll oluna bilər", - vəkil əlavə edib.

Rusiya məhkəməsi 2016-cı il martın 22-də Savçenkonu 22 il azadlıqdan məhrum edib.

O 2014-cü ilin yayında Luqansk ətrafında iki Rusiya jurnalistinin ölümündə əli olmaqda, onların yerini deməkdə ittiham olunur. Savçenko ittihamı rədd edir və rusiyapərəst separatçılar tərəfindən oğurlanaraq Rusiyaya aparıldığını deyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm