Tramp öz uşaqlarının səsindən məhrum oldu
Bizi izləyin

Dünya

Tramp öz uşaqlarının səsindən məhrum oldu

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp bəyan edib ki, 5 övladından 2-si gələn həftə Nyu-Yorkda keçiriləcək prayçerizdə iştirak edə bilməyəcəklər.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, buna səbəb milyarderin qızı İvanka və oğlu Erikin ilkin seçkilərdə iştirak üçün vaxtında qeydiyyatdan keməmələridir. “Onlar vaxtında qeydiyyatdan keçməyin qaydalarını bilməyiblər. İndi onlar özlərini çox günahkar hesab edirlər”, - Donald Tramp deyib.

Onun sözlərinə görə, digər kiçik oğlu səsvermədə iştirak edə biləcək. Milyarderin kiçik qızı Tiffaninin kimə səs verəcəyi isə bilinmir. Trampın ən kiçik övladı Berron seçkilərdə iştirak etmək yaşına hələ çatmayıb.

Donald Tramp bir sıra ştatda keçirilən praymerizdən sonra Respublikaçılar Partiyasının namizədləri arasında liderlik edir. Onun 743 səsi var, rəqibi Ted Kruz 527 səs toplayıb.

Dövlət başıçısı postuna iddialı şəxs namizədliyin irəli sürülməsinə qarantiya almaq üçün 1237 səs toplamalıdır.

İctimai rəy sorğusunun nəticələrinə görə, Donald Tramp Nyu-Yorkdakı ilkin seçkidə də qalib gəlməyə şanslıdır.

ABŞ-da prezident seçkiləri bu il noyabrın 8-də keçiriəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm