Suriya ilə bağlı növbəti danışıqlar gözlənilir
Bizi izləyin

Dünya

Suriya ilə bağlı növbəti danışıqlar gözlənilir

Aprelin 13-də Cenevrədə Suriya ilə bağlı sülh danışıqlarının növbəti mərhələsi gözlənilir.

Publika.az xarici KİV-lərə istinadn xəbər verir ki, BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura Suriyanın xarici işlər naziri Valid al-Muallemlə Dəməşqdə keçirdiyi mətbuat konfransında deyib.

“Cenevrə danışıqlarının növbəti mərhələsi çox vacib, həlledicidir. Çünki biz xüsusilə siyasi keçid mərhələsi, idarəçilik və konstitusyon prinsplərə cəmləşəcəyik. Bu danışıqların əməli olması və konkretləşməsi ümidindəyik”, deyə o bildirib.

Mistura deyib ki, danışıqlar zamanı kövrək olan atəşkəsə əməl edilməsi və onun davamlı olmasını müzakirə edəcəklər.

5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm