Şimali Koreyanın kəşfiyyatçısı ölkədən qaçıb
Bizi izləyin

Dünya

Şimali Koreyanın kəşfiyyatçısı ölkədən qaçıb

Şimali Koreya hərbiyyəsinin kəşfiyyat əməliyyatlarına nəzarət edən zabiti qaçıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya rəsmiləri bildiriblər.

Cənubi Koreyanın Müdafiə Nazirliyi deyib ki, adı çəkilməyən zabit, Şimali Koreyanın Kəşfiyyat İdarəsinin baş polkovniki olub və ötən il ölkədən qaçıb.

Seuldakı Yonhap xəbər agentliyinin məlumatına görə, Koreya müharibəsi bitəndən Şimali Koreyadan 28 000-dən çox adam qaçıb, lakin yüksək rütbəlilərin fərarilik etməsi nadir hallarda baş verir.

Ötən həftə Şimali Koreyadan 134 restoran işçisi qrup halında ölkədən qaçıb.

Yonhap bildirir ki, xaricdə işləyən bir neçə yüksək rütbəli şimlai koreyalı siyasətçi də bu yaxınlarda fərarilik edib.

Hökümət rəsmilərinə istinad edən Yonhap agentliyi hesab edir ki, bu hadisələr Kim Jong-un hakimiyyətinin çat verməsindən xəbər verir.

Seulda Müdafiə Nazirliyinin sözçüsü Moon Sang-gyun deyib ki, Cənubi Koreya fərari polkovnik barədə geniş informasiya vermək istəmir.

Adı çəkilməyən rəsmi Yonhap agentliyinə bildirib ki, şimali koreyalı polkovnik bu ölkədən fərarilik etmiş ən yüksək rütbəli hərbçidir.

Rəsminin sözlərinə görə, fərari polkovnik Pxenyan tərəfindən Cənubi Koreyaya qarşı hazırlanan əməliyyatlar barədə məlumatları Seul rəsmilərinə çatdırıb.

Yonhap agentliyinə görə, Şimali Koreyanın Baş Kəşfiyyat idarəsi kəşfiyyat və kiber hücum əməliyyatlarının hazırlanması və təşkililə məşğuldur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm