ABŞ-a qarşı “Ömər əməliyyatı”
Bizi izləyin

Dünya

ABŞ-a qarşı “Ömər əməliyyatı”

Taliban hərəkatı Əfqanıstandakı ABŞ qoşunlarına qarşı “Yaz hücumu”nun başlandığını elan edib.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, hərbi kampaniya Talibanın keçmiş lideri Molla Ömərin şərəfinə “Ömər əməliyyatı” adlandırılıb.

Taliban döyüşçülərinin məlumatına görə, hücum yerli vaxtla saat 3:30-da başlanıb.

Qeyd edək ki, Taliban ötən il iyulun sonunda Molla Ömərin ölümünü təsdiq edib. Axtar Məhəmməd Mənsur onun varisi elan olunub. Bəzi komandirlər yeni lideri tanımaqdan imtina etdilər və bu təşkilat daxilində toqquşmalara gətirib çıxarıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm