Ukraynanın yeni baş nazirinin adı açıqlandı
Bizi izləyin

Dünya

Ukraynanın yeni baş nazirinin adı açıqlandı

Ukrayna Ali Radasında yeni koalisiya üçün artıq 226 deputat toplanıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda “Pyotr Poroşenkonun Bloku” fraksiyasının sədr müavini Aleksey Qonçarenko fraksiyanın iclasından sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, koalisiyanın tərkibində 226 deputat var və baş nazir vəzifəsinə Ali Radanın sədri Vladimir Qroysmanın namizədliyinin irəli sürülməsi üzrə iclas keçirir.

“Koalisiya hazırda öz iclasını keçirir. İclasda Vladimir Qroysmanın namizədliyi irəli sürüləcək. Ümid edirik ki, koalisiya elan ediləcək”, - Qonçarenko qeyd edib.

Ukrayna mediası isə yeni hökumətin ehtimal edilən tərkibini açıqlayıb. Məlumata görə, Vladimir Qroysman müdafiə naziri Stepan Poltorak və xarici işlər naziri Pavel Klimkini öz vəzifələrində saxlamaq istəyir.

Bundan başqa, Pavel Rozenko humanitar məsələlər üzrə baş nazirin müavini, Liliya Qrineviç təhsil naziri, Maksim Nefedov sosial siyasət naziri, Ostap Semeraka ekologiya naziri, Aleksandr Danilyuka isə maliyyə naziri vəzifəsinə təklif edilir. Yeni hökumətdə işğal edilmiş ərazilərin işləri üzrə baş nazirin müavini postunun yaradılması təklif olunur.

Xatırladaq ki, Arseniy Yasenyuk aprelin 10-da baş nazir postundan istefa verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm